Trampın "ticarət müharibəsi" avtomobil sənayəsinə ciddi təsir edəcək.
Milli.Az xəbər verir ki, 25 faiz tariflərinin tətbiqi həm Avropa, həm də Yapon avtomobil brendlərinə zərbə olacaq. Qərarın tətbiqindən sonra amerikalılar üçün yapon və alman maşın markaları nisbətən əlçatmaz olacaq.
Buna etiraz məqsədi ilə avtomobil həvəskarları qəribə addım atıblar. Belə ki, Tesla sürücüləri loqo yerinə "Honda", "Mazda", "Audi", "Toyota"nın loqolarını yapışdırıblar.
Tesla sahibləri həmçinin, İlon Maskın Tramp administrasiyasında oynadığı rola qarşı etiraz olaraq avtomobillərini yenidən markalandırırlar.
İsmayıl
Milli.Az