Vəfatından 4 il ötdü

19 Mart 2025 13:38

Ramiz Hüseynzadə 1979-cu il sentyabrın 8-də Bakıda anadan olub.

Milli.Az bildirir ki,  o, müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. "Taksi" verilişinin prodüseri, "Tək səbir" verilişinin baş prodüseri, "Arı şou" verilişinin yaradıcısı və aparıcısı olub. 2008-ci ildən "ARI Production"ın təsisçisi və rəhbəri kimi fəaliyyət göstərib.

İstedadı ilə tanınan R.Hüseynzadə bir sıra sevilən filmlərin ssenaristi kimi olub. Müəllifi olduğu həmin filmlərdə aktyor kimi də iştirak edib və xüsusi bacarığı ilə seçilib.

Onun filmoqrafiyası aşağıdakı kimidir:

Toy (II) (2005, tammetrajlı bədii film) - ssenari müəllifi, aktyor (Ramiz)
Hippokrat andı (2014, bədii serial) - aktyor
Yumurta (II) (2015, tammetrajlı bədii film) - ssenari müəllifi
Hozu (2017, tammetrajlı bədii film) - ssenari müəllifi, aktyor (Ramiz)
Samedik (2017, tammetrajlı bədii film) - baş prodüser, ssenari müəllifi, aktyor
Toydan sonra nağara (2017, tammetrajlı bədii film) - ssenari müəllifi, baş prodüser.

18.03.2021-ci il

O, beyin qan sızması nəticəsində vəfat edib.

Milli.Az