"Fənərbağça" klubu növbəti mövsüm üçün heyətini qurmağa başlayıb.
Milli.Az xəbər verir ki, növbəti mövsümdə Joze Mourinyo ilə yola davam edəcək "sarı-lacıvərdlilər" 5 oyunçusuyla vidalaşacaq.
Bu futbolçular - Filip Kostiç, Allan Sen-Maksimen, Brayt Samuel-Osayi, Rodriqo Bekao və Aleksandr Cikudur.
Edin Ceko və Duşan Tadiç barəsində qərar isə mövsümün sonunda veriləcək. /Offsideplus.az
Milli.Az