ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin oğlu Hunteri və qızı Eşlini Məxfi Xidmət tərəfindən təmin edilən hökumət himayəsindən məhrum edib.
Milli.Az xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Amerika prezidenti qeyd edib ki, Hunter Bayden "uzun müddət ərzində ABŞ-ın vergi ödəyiciləri tərəfindən maliyyələşən Məxfi Xidmət tərəfindən qorunurdu".
Onun sözlərinə görə, Hunter Baydeni 18 agentdən ibarət qrup qoruyurmuş.
"Sizə məlumat verirəm ki, Hunter Bayden artıq Gizli Xidmətin mühafizəsinə malik olmayacaq. Eynilə, 13 agent tərəfindən qorunan Eşli Bayden də siyahıdan çıxarılacaq", - Tramp yazıb. /Publika.az
Milli.Az