Şəkidə yol qəzasında 2 nəfər ölüb, iki nəfər xəsarət alıb.
Milli.Az-ın məlumatına görə, qəza nəticəsində 1993-cü il təvəllüdlü Şəki rayon sakini Allahyar Qəhrəmanov və Zaqatala rayon sakini 1977-ci il təvəllüdlü Vüqar Ramazanov ölüb.
Zaqatala rayon sakini 1982-ci il təvəllüdlü Qəşəm Mustafazadə və 1992-ci il təvəllüdlü Yaşar Əhmədov xəsarət alıb.
Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. /APA
xxx
10:51
Şəkidə ağır yol qəzası olub.
Milli.Az-ın məlumatına görə, hadisə səhər saat 09 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Suçma kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, qəza zamanı iki nəfər hadisə yerində ölüb. Daha bir nəfərin isə yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az