“Tesla” avtomobilləri yandırıldı

19 Mart 2025 13:05

Las-Veqasda (Nevada ştatı) servis mərkəzinə hücum zamanı "Tesla" avtomobilləri yandırılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, hadisə xeyli maddi itki ilə nəticələnsə də, heç bir işçi və ya müştəri zərər görməyib:

"Yerli hüquq-mühafizə orqanları artıq araşdırmalara başlayıb və şübhəliləri axtarır, hücumun mümkün motivləri təhlil edilir".

"Tesla"nın qurucusu və baş direktoru İlon Mask isə hücumları terror adlandırıb.

Milli.Az