Birinci Qarabağ müharibəsi şəhidinin nəşinin qalıqları dəfn edilib - FOTO

19 Mart 2025 12:35

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən Atayev Atakişi Qəhrəman oğlunun nəşinin qalıqları torpağa tapşırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  şəhidin dəfninə ailə, yaxın qohumları və ictimaiyyət nümayəndələri qatılıb.

Şəhid Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, o, 1992-ci ildə Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşmüşdü.

Milli.Az