Əfqanıstanda qadınlara daha bir QADAĞA

19 Mart 2025 17:42

Əfqanıstan hökuməti Qəndəhar əyalətində qadınların radioda səsləndirmə aparmasını qadağan edib.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) hakimiyyətin rəsmi bəyanatına əsasən xəbər yayıb.

Məlumatda bildirilib ki, qadınların radioda çıxışı tamamilə məhdudlaşdırılıb, həmçinin əyləncə proqramlarında onların müraciətlərinin yayımlanmasına da icazə verilmir.

Bundan əlavə, sənəddə bütün radiostansiya əməkdaşlarının əyalətlərdə reportajlar hazırlamaq üçün yerli hakimiyyət orqanlarından xüsusi icazə almalı olduğu qeyd edilib.

Qəndəhar Hilmənd əyalətindən sonra qadın səslərinin radio yayımlarında tamamilə qadağan edildiyi ikinci bölgə olub.

Milli.Az