Hitlerin sağ qalan sonuncu qohumu da ÖLDÜ

19 Mart 2025 09:45

Nasist Almaniyasının diktatoru Adolf Hitlerin sağ qalan sonuncu qohumu olduğunu iddia edən şəxs koronavirusdan vəfat edib.

Milli.Az xəbər verir ki, Almaniya hökuməti onun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, nəşr təxminən 10 il əvvəl Saksoniyanın Qerlis şəhərində sürücülük və şəxsiyyət vəsiqəsində Hitler adı olan bir adam tapmışdı - Romano Lukas Hitler. O, hətta divarlardan Adolf Hitler, Üsamə bin Laden və Almaniyanın keçmiş kansleri Angela Merkelin portretlərinin, divanın üstündə isə başıaşağı Almaniya bayrağının asıldığı mənzilinə jurnalistləri dəvət edib.

"Mən Adolf Hitlerin ulu qardaşı oğluyam", - deyə şəxsiyyətini təsdiqlədib.

Həqiqətən də sənəddə onun 1950-ci il sentyabrın 6-da Polşanın Sorau şəhərində anadan olduğu qeyd olunub. Atası Fürerin atasının kiçik qardaşının qohumu idi. Bununla belə, Romano deyib ki, sənədlərdəki şəhər eyni deyil, çünki o, Vismar şəhərində anadan olub və 6 yaşından 18 yaşına qədər polşalı ailəsində böyüyüb.

"6 yaşım olanda valideynlərim Avstriyaya qaçdılar. 18 yaşıma qədər Polşada himayədar valideynlərin yanında böyümüşəm", - Hitler öz hekayəsini danışıb.

2012-ci ildə o, Saksoniyaya köçərək Polşaya yaxınlığın onun üçün çox cəlbedici olduğunu bildirib. Onun arvadı və övladı yox idi, 650 avroya yaxın sosial yardımla dolanırdı.

Qeyd edək ki, Romano Hitlerin adı 2018-ci ildə 13 yaşlı qızı onun iradəsinə zidd olaraq öpdüyünə görə 800 avro cərimələndiyi zaman gündəmə gəlmişdi. Bundan sonra onun həyatı haqqında heç nə məlum deyildi. Sonuncu dəfə Hitlerin qonşusu onun mənzilində başqa bir adamın yaşadığını və Romanonun koronavirusa yoluxduğunu söyləyib. /Publika.az

Milli.Az