İmamoğlu həbsdə qalacaq - YENİLƏNİB

19 Mart 2025 14:19

Saxlanılan İstanbul meri Ekrem İmamoğlu dörd gün həbsdə qalacaq.

Milli.Az xəbər verir ki, bu barədə  "CNN Türk" telekanalı mənbələrə istinadən yazıb. 

--------

11:06

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılıb.

Milli.Az xəbər verir ki, İmamoğlu "cinayət təşkilatı yaratmaq", "PKK ilə birgə hərəkət etmək" və "korrupsiya" cinayətləri ilə ittiham olunur.

Qeyd edək ki, İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunu "yoxluq" və "açıq xəta" səbəbi ilə 18 martda ləğv edib. Bu gün səhər isə Ə.İmamoğlu saxlanılıb. /Axar.az

---------

08:41

İstanbul meri Ekrem İmamoğlu saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Sözcü" məlumat yayıb.

Bildirilib ki, türkiyəli siyasətçi ilə yanaşı onun mətbuat müşaviri Murat Onqun da saxlanılıb. Merin evində axtarış aparılır. (report)

Milli.Az