Rusiya və ABŞ arasında danışıqlar uğurla nəticələnərsə, dollar 70 rubla qədər ucuzlaşa bilər.
Milli.Az xəbər verir ki, bunu analitik Mixail Vasilyev "Qazeta.Ru"ya deyib.
"Münaqişənin həlli üçün uğurlu danışıqlar aparılarsa, Rusiya bazarına xarici kapitalın sürətli axınını gözləmək olar. Əgər anti-Rusiya sanksiyaları yumşaldılarsa, ilk növbədə xarici spekulyativ kapital, sonra isə birbaşa xarici investisiyalar gələ bilər. Bu gözləntilərə əsaslanaraq, Rusiya bazarının iştirakçıları valyutada uzun mövqeləri bağlaya və rublda uzun mövqelər aça, ixracatçılar isə valyutanın ucuzlaşacağı qorxusundan onu sata bilərlər", - Vasilyev izah edib.
Onun sözlərinə görə, geosiyasi vəziyyət dəyişməz qalarsa, rubl ikinci rübdən etibarən mülayim zəifləməsini bərpa edə bilər. Vasilyevin proqnozuna görə, ikinci rübdə dolların orta məzənnəsi 93 rubl, dördüncü rübdə isə 98 rubl olacaq. (Publika.az)
Milli.Az