Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisadan yadigar qalan əşyaları nümayiş etdirib.
Milli.Az-ın məlumatına görə, bu barədə o, sosial media hesabında paylaşım edib.
"Tünzalədən geriyə qalan əşyalar. Nə edək, aldığına, verdiyinə, vermədiyinə şükür edirik" deyə, o, paylaşımında yazıb.
Qeyd edək ki, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa xərçəngdən əziyyət çəkirdi. O, uzun çəkən müalicələrdən sonra 2023-cü ildə dünyasını dəyişib. Aktrisanın Zəhra adlı bir qız övladı var.
Milli.Az