Tramp: USAID fırıldaqçılıqla məşğul olub

19 Mart 2025 07:50

ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətində genişmiqyaslı saxtakarlıq sxemləri olub.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Çox gözəl səslənir - ABŞ Beynəlxalq İnkişaf Agentliyi. Möhtəşəm deyilmi? Ancaq bu tam bir fırıldaqdır", - Ağ Ev rəhbəri qeyd edib.

Tramp daha Merilend ştatının federal dairə məhkəməsi tərəfindən çıxarılan hökmü tənqid edib və ona etiraz edəcəyinə söz verib. Hakim Trampın agentliyin işini məhdudlaşdırmaq və bəzi əməkdaşlarını işdən çıxarmaq qərarlarını qanunsuz hesab edib. /APA

Milli.Az