Kofenin hamilə qadınlara zərəri

31 May 2010 14:05
Avropa mətbuatının yazdığına görə, alimlər kofenin hamilə qadına zərərini araşdırarkən müəyyən ediblər ki, bu içki nəinki hamilə xanımlara, hətta onların dünyaya gətirəcəkləri körpəyə də ziyandır. Araşdırma nəticəsində məlum olub ki, hamiləlik dövründə günə 6 fincan kofe içən qadının uşağı digərlərilə müqayisədə daha kiçikboylu olur. Bununla yanaşı, kofenin hamilə xanımlara bir sıra digər zərərləri də var. Alimlər onları bu dövrdə yalnız kofedən yox, ümumiyyyətlə, tərkibində kofein olan bütün içkilərdən uzaq durmağa çağırır.

Milli.Az