Bütün var-dövlətini özündən 33 yaş kiçik arvadına vəsiyyət etdi - FOTO

18 Mart 2025 20:01

Məşhur aktyor Nuri Alço bütün var-dövlətini həyat yoldaşına vəsiyyət edib. 

Milli.Az xəbər verir ki, o bu barədə özü bildirib. Aktyor özündən 33 yaş kiçik həyat yoldaşı Burcu Sezginoğlunun hər an onun yanında olduğunu qeyd edib:

"Sadiq həyat yoldaşına rast gəldim. Nə vaxt xəstələnsəm yanımda oldu. O, mənə çox kömək etdi. O olmasaydı, bəlkə də ölmüşdüm. Mən öldükdən sonra hər şeyim həyat yoldaşıma qalacaq".

Səhhəti ilə bağlı tez-tez xəstəxanaya yerləşdirilən 73 yaşlı aktyor ölən zaman nəşinin Teşvikiye məscidində götürlməsini də vəsiyyət edib.  /BAKU.WS

Milli.Az