Şahzadə Harry və Meghan boşanır? - FOTO

18 Mart 2025 19:23

Şahzadə Harry və Meghan Markle cütlüyü son zamanlar yeni uğursuzluqla üzləşib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, jurnalist və ssenarist Marina Hyde-in fikrincə, cütlüyün boşanması onların gələcək layihələrinə olan marağı artıracaq.

Netflix və digər yayım platformaları Sussex hersoqu və hersoginyasının boşanması halında, onların hekayəsini ekrana gətirmək üçün maraqlı ola bilər. 

Yayımçılar Meghan və Harrynin ayrılığı barədə serial çəkmək üçün sıraya düzülə bilərlər. Boşanmanın böyük reytinq toplaya biləcəyini vurğulayaraq, cütlüyün ayrılıq ssenarisinin media üçün daha cəlbedici olduğu qeyd edilib.

Qeyd edək ki, son vaxtlar Sussex cütlüyü bir neçə layihədə uğursuzluq yaşayıb və bu, onların gələcək planlarını riskə ata bilər.

Boşanma iddiaları ilə bağlı isə cütlük hələ ki, rəsmi açıqlama verməyib.

Milli.Az