“Wizz Air” Qəbələdən bu ölkəyə uçuşlar həyata keçirəcək

18 Mart 2025 15:22

Macarıstanın Hava Yolları şirkəti olan "Wizz Air" Qəbələdən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə uçuşlar həyata keçirməyə başlayıb.

Milli.Az bildirir ki, bu barədə İqtisadiyyat.az məlumat əldə edib.

Artıq şirkətin rəsmi saytında iyunun 19-dan etibarən Qəbələ-Əbu-Dabi istiqamində biletlər satışa çıxarılıb.

Qeyd edək ki, "Wizz Air" şirkəti bu vaxta qədər Azərbaycanda yalnız Bakı şəhərindən uçuşlar həyata keçirirdi.

Milli.Az