"Simpsonlar"dakı daha bir səhnə reallaşdı - 4 ölkə... - FOTO

18 Mart 2025 17:06

Dünyanın ən çox izlənilən cizgi seriallarından biri olan "The Simpsons" 2025-ci il üçün etdiyi proqnozun ilk üç ayda baş verən hadisələrlə bir çox baxımdan doğru olduğu görünür.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, 1998-ci ildə yayımlanan "Springfield'ın Son Günü adlı epizodda şəhərin bir anda elektriksiz qalaraq qaranlığa qərq olması təsvir edilib. Bölümdəki təqvim isə 2025-ci ili göstərir. Bu səbəbdən sosial mediada Simpsonların bu ili "elektrik kəsintiləri ili" olaraq əvvəlcədən gördüyünə dair nəzəriyyələr irəli sürülməyə başlanıb.

2025-ci ilin ilk üç ayı ərzində artıq dörd ölkə genişmiqyaslı elektrik kəsintiləri yaşayıb.

9 fevral - Şri-Lanka: Bir maymunun trafoya girməsi səbəbilə ölkənin böyük hissəsi elektriksiz qalıb. Bu hadisə 22 milyon insana təsir edib və 24 saatdan çox davam edib.
26 fevral - Şili: Bütün ölkəni əhatə edən böyük bir elektrik kəsintisi baş verib.
15 mart - Kuba: Milli Elektrik Sistemində çökmə baş verib və paytaxt Havana yalnız generatorlarla işıqlandırılıb.
17 mart - Panama: Santraldakı trafo partlaması nəticəsində ölkənin böyük hissəsi qaranlığa qərq olub.

Sözügedən hadisələr Simpsonlar serialının gələcəyə dair etdiyi proqnozların yenidən müzakirəyə çıxmasına səbəb olub.

Fidan
Milli.Az