"Bundan sonra Azərbaycanı hədəf alan qanunların və ya konstitusiya maddələrinin dəyişdirilməsi Ermənistan üçün vacib olacaq".
Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, bunu AKP-nin sözçüsü Ömər Çelik deyib.
Çelik Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekunlaşmasını mühüm mərhələ adlandırıb.
O bu xüsusda ATƏT-in Minsk qrupunun artıq tarixə qovuşduğunu da xüsusilə qeyd edib və onun ləğvi prosesinin artıq yetişdiyini açıqlayıb.
Milli.Az