Fatih Terim Ərəbistanda mükafat qazandı - FOTO

18 Mart 2025 13:04

Fatih Terim Səudiyyə Ərəbistanı Pro Liqasının mart ayı üçün "Baş Məşqçi" mükafatını qazanıb.

Milli.Az xəbər verir ki, "Əl Şabab"ın baş məşqçisi olan Terimin komandası bu ay ərzində keçirilən 3 liqa matçında 2 qələbə və 1 heç-heçə ilə diqqət çəkib.

Bu müddət ərzində Əl Şabab 10 qol vurub və yalnız 2 top buraxıb.

Fatih Terimin rəhbərlik etdiyi "Əl Şabab" Səudiyyə Ərəbistanı Pro Liqasının 6-cı yerində yerləşir, ümumilikdə 43 xal toplayıb.

Terim 13 oyunda 7 qələbə, 2 heç-heçə və 4 məğlubiyyətlə klubu idarə edib.

Milli.Az