"Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edilib.
Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, gömrük yığımlarına bir sıra əlavələr edilib.
Belə ki, aprelin 1-dən etibarən Azərbaycana gətirilən dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün 150 manat, şüşə məmulatlarının 1 tonu üçün 100 manat, armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün 100 manat gömrük yığımı alınacaq.
Bu qərar 2025-ci il 1 aprel tarixindən qüvvəyə minir və 2026-cı il 1 yanvar tarixinədək qüvvədədir.
Milli.Az