İlaxır çərşənbə günü bu rayonların qazı kəsiləcək

18 Mart 2025 09:39

Yasamal rayonu, H.B.Zərdabi küçəsində qaz quyusundakı siyirtmədə aşkar olunmuş sızmanın aradan qaldırılması, Suraxanı rayonu, O.Şabanov küçəsinda qaz sayğaclarının giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədilə 18.03.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Milli.Az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.B.Zərdabi küçəsi və Tiblisi prospektinin bir hissəsinin, Suraxanı rayonunun isə O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az