Mövqelərimiz gün ərzində dəfələrlə atəşə tutuldu

17 Mart 2025 22:30

Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlunmat yayıb. 

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Milli.Az