Uber və Yanqo-nun sistemindəki xəta aradan qaldırıldı - YENİLƏNİB - FOTO

17 Mart 2025 17:08

Azərbaycanda taksi və çatdırılma xidmətləri təşkil edən "Yango" aqreqatorunun tətbiqlərində baş verən server xətası aradan qaldırılıb.

Milli.Az xəbər verir ki, istifadəçilər artıq tətbiqlərə daxil olduqda "server xətası" mesajı ilə qarşılaşmırlar.

--------

15:35

Paytaxt Bakıda bu gün "Uber" və "Yango" taksi xidmətləri ilə bağlı müştərilər çətinliklə qarşılaşıblar.

Milli.Az xəbər verir ki, hər iki taksi şirkətinin müştəriləri sifariş verməyin mümkün olmadığını bildirirlər.

Məsələ ilə bağlı aiddiyatı şirkətdən bildirildi ki, problemdən xəbərdardırlar. Sözügedən problem üzərində işlənilir, tezliklə aradan qalxacaq. 

Milli.Az