Mövqelərimiz yenə atəşə tutuldu

17 Mart 2025 15:07

Azərbaycan Ordusunun mövqeləri martın 17-də yenidən atəşə tutulub.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlunmat yayıb. 

Bildirilib ki,  gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Milli.Az