Bakı şəhərində daha bir park salınacaq.
Milli.Az xəbər verir ki, bu barədə iqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.
Məlumata görə, yeni park Nərimanov rayonunun Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində salınacaq.
Artıq BŞİH-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlayıb.
Yeni parkın salınmasına nə qədər vəsaitin sərf olunacağı hələlik açıqlanmayıb.
Milli.Az