Əməkdar artist övladları ilə küsülüdür

17 Mart 2025 11:24

"Övladla ata arasında incimək olur. Böyük oğlum Teymurdan da inciyirəm. Heç onu danışdırmıram. Çünki düzgünlüyü sevən insanam".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Bir gün" verilişində deyib. Aktyor böyük oğlunun ona yalan danışmasından şikayətlənib:

"Oğlumun 49 yaşı var, mənə yalan danışır. Deyirəm ki, axı filan restoranda oturmusan. Sənə yaraşmaz yalan danışmaq. Görürəm, deyir, yox. Axı mən bilirəm ki, orada olub".

R.Rəhmanov qızı ilə də küsülü olduqlarını etiraf edib:

"Qızımla danışmıram. Onun gözəl ailəsi var. Aramızda soyuqluq var".

Qeyd edək ki, aktyorun müğənni oğlu Emil Rəhmanoğlu bir müddət əvvəl dünyasını dəyişib.

Milli.Az