Həbs olunmamaq üçün hər il hamilə qalır - 13 uşağı var - FOTO

17 Mart 2025 10:49

İstanbulun Bayrampaşa qəsəbəsində 16 yanvarda evin soyğununun ardından polisə edilən şikayət nəticəsində əməliyyat başlanıb. Polis əməkdaşları 51 fərqli iş yeri, ictimai nəqliyyat vasitələri, təhlükəsizlik kameraları və şəhər təhlükəsizlik idarəetmə sistemi görüntülərini incələyərək şübhəlilərin kimliyini müəyyənləşdirib və Ceylan Çiçək (36) ilə Belkız Ura-nı (36) tutmaq üçün əməliyyata başlayıb.

Hamilə olduğu öyrənilən Çiçək polis əməkdaşları onu yaxalamaq üçün evinə gəldiyi zaman pəncərədən qaçmağa cəhd edib. Lakin müdaxilə nəticəsində xəsarət almadan tutulub.

Çiçəyin polis bölməsində aparılan araşdırmalarında 13 övladının olduğu, 14-cü uşağına hamilə qaldığı, 189 müxtəlif cinayət hadisəsindən qeydiyyatının olduğu, 20 fərqli cinayətə görə axtarışda olduğu, 12 il qəti həbs cəzasının və hamiləlik səbəbindən təxirə salınmış 472 il həbs cəzasının olduğu aşkarlanıb.

İstintaqdan sonra məhkəməyə göndərilən Çiçək həbs edilərək cəzaçəkmə müəssisəsinə aparılıb. 54 fərqli cinayətdən polis qeydi olduğu müəyyən edilən Belkız Ura-nın tutulması üçün əməliyyatlar davam edir.

İsmayıl
Milli.Az