ABŞ Rusiyanın Ukraynaya müdaxiləsini araşdıran qrupun tərkibindən çıxır.
Milli.Az APA-ya istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyi artıq Avropalı rəsmiləri gizli kanallar vasitəsilə bu barədə məlumatlandırıb.
Yekun qərarın martın 17-də elan ediləcəyi bildirilib.
Sözügedən qrup həmçinin Belarus, Şimali Koreya və İranın bu məsələdəki rolunu araşdırır.
Qeyd edək ki, ABŞ Avrozonadan kənarda bu qrupla əməkdaşlıq edən yeganə dövlət idi.
Milli.Az