Gəncədə zavodda partlayış, xəsarət alan var

17 Mart 2025 10:23

Gəncə Cihazqayırma Zavodunda partlayış baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, zavodun əməkdaşı Əli Xudiyev hamam otağında olarkən su qızdırıcısı partlayıb.

Məsələ ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, 1968-ci il təvəllüdlü şəxs bədənin l, ll, lll dərəcəli yanığı diaqnozu ilə Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunub.

Zəruri tibbi yardım göstərilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az