Bölgələrdə mal-qaranın tələf olmasına səbəb nədir?

17 Mart 2025 11:07

İsmayıllı rayonunun Kürdmaşı kəndində bir neçə gün öncə baş verən heyvan tələfatı kənd sakinlərinə təşviş yaşadıb.

Bəs mal-qaranın tələf olmasına səbəb nədir?

Milli.Az xəbər verir ki, mal-qaranın tələf olmasına səbəb bir çox faktordan asılıdır. Ən əsas səbəblərdən biri xəstəliklərdir. Brucellyoz, tuberkulyoz, çiçək xəstəliyi və qarın qızdırması kimi infeksion xəstəliklər mal-qarada ciddi zərər yarada bilər. Həmçinin, mal-qaranın tələf olmasına səbəb yemək və suyun çatışmazlığıdır. Kifayət qədər qida və su təmin edilmədikdə, mal-qara zəifləyir və sağlamlıq problemləri yaşayır. Zəhərlənmə də tələfata səbəb olan digər faktordur. Zəhərli bitkilərin yeyilməsi və ya təmiz olmayan suyun içilməsi mal-qara üçün təhlükəli ola bilər. Şəraitin pisliyi, kəskin hava şəraitləri, çirklənmiş və qeyri-sanitariya şəraiti də mal-qaranın sağlamlığına mənfi təsir göstərir. Fiziki zədələr, təsərrüfat şəraitinin pisliyi və qəza nəticəsində də mal-qara həyatını itirə bilər. 

İsmayıllı rayonunun sakinlərinin iddialarına görə, mal-qaranın ölümünə səbəb quduzluq xəstəliyidir:

"Deyirlər ki, quduzluq deyil, onda analiz götürülsün, hansı xəstəlik olduğu öyrənilsin", - kənd sakini söyləyib.

Baytarlıq Xidmətləri İdarəsindən isə bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə keçirilən monitorinq zamanı Kürdmaşı kəndində bu günə qədər heç bir heyvanda quduzluq xəstəliyinə xas olan nişanələr mövcud olmayıb. Tələf olma hadisələrinə səbəb yem zəhərlənməsi olub.

Asya
Milli.Az