Kriptovalyuta bazarının son göstəriciləri - FOTO

17 Mart 2025 09:56

Martın 17-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi azalıb.

Milli.Az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:15-də "CoinMarketCap" platformasında 1.07% ucuzlaşaraq 83 438 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.39% azalaraq 1 901 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.68% azalıb, BNB isə 2.70% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.