Həmin astronavtlar 9 ay sonra Yerə qayıdır

17 Mart 2025 13:36

 Beynəlxalq Kosmik Stansiyada (ISS) doqquz aydan çox müddət ərzində qalan iki ABŞ astronavtı çərşənbə axşamı axşam Yerə qaytarılacaq.

Milli.Az xəbər verir ki, bu barədə NASA bildirib.

Bari "Butç" Uilmor və Suni Uilyams bazar günü ISS-ə çatan SpaceX Crew Dragon gəmisində daha bir amerikalı astronavt və bir rus kosmonavtı ilə birlikdə evə aparılacaq.

Bu iki astronavt iyun ayından bəri ISS-də qalıb. Onlar Boeing Starliner kosmik gəmisini ilk insanlı uçuşda sınaqdan keçirirdilər, lakin gəmi mühərrik problemləri ilə üzləşdiyindən Yerə qayıtmaq üçün yararsız hesab edilib.

NASA bazar günü axşam verdiyi açıqlamada astronavtların Floridanın sahilində okeana enişinin çərşənbə günü yerinə hava şəraitinin əlverişli olmasına görə çərşənbə axşamı, Bakı vaxtı ilə saat 01:57-yə (GMT 21:57) planlaşdırıldığını bildirib.

Fidan
Milli.Az