Geoloq sevgilisindən məşhur müğənniyə ilginc evlilik təklifi - FOTO

17 Mart 2025 09:45

Rusiyalı məşhur müğənni Viktoriya Dayneko geoloq sevgilisi ilə ailə qurmağa hazırlaşır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, müğənninin sevgilisi martın 15-də "Lokomotiv" - "Dinamo" futbol matçında ona evlilik təklifi edib.

Stadionun ekranında cütlüyün şəkli görünüb və üzərində "Mənimlə evlən" cümləsi yazılıb. Həmin vaxt pop müğənnisinin mahnısı səsləndirilib.

Müğənni həmin anları sosial şəbəkədə də paylaşıb.

Qeyd edək ki, Viktoriya adını açıqlamadığı geoloqla 2023-cü ildən sevgilidir. Müğənni verilişlərdən birində sosial şəbəkədə tanış olduqlarını etiraf edib. O, tanışlıq üçün ilk təşəbbüsü özünün etdiyini bildirib.

İfaçı 2015-ci ildə ailə qurduğu musiqiçi Dmitri Kleymandan 2017-ci ildə boşanıb. Onun bu evlilikdən doqquz yaşlı qızı var.

Milli.Az