Zelenski Rusiyanı atəşkəsdən imtina etməkdə ittiham edib

17 Mart 2025 23:53

Ciddə danışıqları zamanı Kiyev və Vaşinqton tərəfləri arasında təsdiqlənən 30 günlük atəşkəs təklifinə baxmayaraq, Rusiya Ukraynadakı müharibənin nizamlanması prosesini uzatmaqda davam edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

Zelenski qeyd edib ki, Ukrayna öz müstəqilliyini qorumaq üçün mübarizəni davam etdirəcək.

O vurğulayıb ki, hazırda ən vacib şey Ukraynanın Müdafiə və Təhlükəsizlik Qüvvələrinə dəstək olmaqdır.

Milli.Az