ABŞ dövlət katibi Marko Rubio Yəməndə husilərə qarşı zərbələr endirməklə bütün dünyaya yaxşılıq etdiklərini iddia edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rubio "CBS News" kanalının "Face the Nation" proqramına verdiyi müsahibədə aktual mövzularla bağlı açıqlamalar verib.
O, Yəməndəki husilərin son 18 ayda ABŞ Hərbi Dəniz Qüvvələrinə 174, ticarət gəmilərinə isə 145 dəfə hücum etdiyini ifadə edərək, Husilərin gəmilərə nəzarət etmələrinə icazə verməyəcəklərini bildirib.
"Biz onları və onların qlobal daşıma qabiliyyəti dəf edərək dünyaya yaxşılıq edirik", - Rubio qeyd edib.
Milli.Az