Çin "DeepSeek" işçilərinə məhdudiyyət qoydu

17 Mart 2025 08:33

Çin hakimiyyəti "DeepSeek" süni intellekt startapı əməkdaşlarının xaricə səfərləri üzərində nəzarəti gücləndirib.

Milli.Az xəbər verir ki, belə bir addım "beyin axını"nın qarşısını almaqdan ötrü atılıb.

"DeepSeek"in ana şirkəti "High-Flyer" bəzi əməkdaşların pasportlarını saxlayaraq, onların ökəni icazəsiz tərk etmək imkanını məhdudlaşdırır.

Bu tədbirlər Çin hökumətinin süni intellekt sahəsindəki alimlərə və sahibkarlara ABŞ-yə səfərdən çəkinmək tövsiyələri fonunda tətbiq edilib.

Milli.Az