Bu qan qrupuna malik olanlar GEC QOCALIR

23 Mart 2025 05:05

Aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, B qan qrupu olan şəxslər digər qruplara nisbətən gec yaşlanır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Yaponiya nəşr olunan "Experimental Gerontology" jurnalında dərc edilən məqalədə bildirilib.

Məlumatda deyilir ki, B qan qrupu olan şəxslərin hüceyrə bərpası və metobolik prosesləri daha effektiv olur. Ona görə də onlar digər qruplara nisbətən gec yaşlanırlar.

Qeyd edək ki, dünya əhalisinin sadəcə 10%-i B qan qrupuna sahibdir.

Milli.Az