Bakının mərkəzində yanğın söndürülüb - VİDEO

17 Mart 2025 06:23

06:23

06:23

Bakının Nəsimi rayonunda mağazada yanğın olub.

Milli.Az xəbər verir ki, hadisə "28 May" metrostansiyasının yaxınlığında yerləşən obyektin girişində baş verib.

Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

------------
00:03

Bakıda "28 May" metrosu yaxınlığında mağazada yanğın baş verir.

Milli.Az xəbər verir ki, hazırda  Bakının "28 May" metrosu yaxınlığında, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Birinci Korpusu ilə üzbəüz yerləşən mağazada yanğın baş verir.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb edilib. İlkin məlumata görə, yanğının səbəbi hələlik bilinmir. 

Hazırda yanğının tam söndürülməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində işlər aparılır. (Musavat.com)

Milli.Az