ABŞ Azərbaycan-Ermənistan sülh sazişində irəliləyişi alqışlayır – Maykl Uolts

16 Mart 2025 23:31

ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh sazişində irəliləyişi alqışlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts "X" sosial şəbəkəsində yazıb.

"Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Biz şadıq ki, Azərbaycan və Ermənistan irəliyə doğru böyük addım atdılar və sülh müqaviləsinə razılıq verdilər", - deyə o bildirib.

M. Uolts sülh sazişinin tezliklə bağlanmasının vacibliyini vurğulayıb.

Milli.Az