58 yaşında gənc qızlara MEYDAN OXUDU - FOTOlar

20 Mart 2025 01:01

Dünyaca məşhur 58 yaşlı aktrisa Salma Hayek "Marie Claire" jurnalının yeni sayı üçün kamera qarşısına keçib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalın rəsmi səhifəsində paylaşım edilib. 

Belə ki, jurnalın üz qabığı üçün seçilmiş fotoda aktrisanın ağ rəngli "Bottega Veneta" palto, "Boucheron" zinət əşyaları və "Gedebe" ayaqqabısı ilə dəri divanda oturduğu əks olunub.

Salma daha sonrakı fotolarda digər məşhur brendlərin geyimlərindən istifadə edib. Aktrisa iddialı fotoları ilə gözləri qamaşdırıb.

Həmçinin "Marie Claire"ya müsahibə verən ulduz yeni texnologiyalara etibar etmədiyini etiraf edib. Salma sosial media hesablarının olmadığını, telefondan nadir hallarda istifadə etdiyini və elektron qeydlərdənsə kağız üzərində yazmağa üstünlük verdiyini bildirib. 

Milli.Az