Pakistanda hərbi kolona HÜCUM: Ölənlər və yaralılar var

16 Mart 2025 15:38

Pakistanın Bəlucistan əyalətində ölkənin sərhəd qoşunlarına aid hərbi kolona qarşı bombalı hücum həyata keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində beş əsgər həlak olub, ən azı 12 hərbçi yaralanıb.

Hücumu intiharçı-terrorçunun həyata keçirdiyi bildirilir. Belə ki, o, partlayıcı maddələrin olduğu nəqliyyat vasitəsini hərbi kolonun üzərinə sürüb.

Məlumata görə, hücumu ekstremist "Bəlucistan Azadlıq Ordusu" qruplaşması təşkil edib.

Milli.Az