İcra nümayəndiliyinin binası YANDI

16 Mart 2025 13:45

Qəbələdə icra nümayəndiliyinin binası yanıb.

Milli.Az bildirir ki,  Qəbələ rayon Daşça kənd İnzibati Ərazi Nümayəndəliyinin inzibati binasında yanğın baş verib.

Yanğın yerinə Qəbələ rayon DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 35 k/m olan inzibati bina tamamilə yanıb.  Hadisə zamanı xəsarət alan olmayıb.

Milli.Az