Almaniyanın BMW avtomobil nəhəngi həyəcan təbili çalıb. Belə ki, şirkət ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinə görə, 2025-ci ildə mənfəətin 1 milyard avro azalmasını gözləyir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" yazır.
Səbəb kimi polad, alüminium və bəzi avtomobil modellərinin, o cümlədən BMW-nin Meksikada istehsal etdiyi modellərin idxalına ABŞ rüsumlarının artırılması göstərilir.
Qeyd edək ki, Trampın Avropa İttifaqına 25 faizlik tariflər tətbiq etmək qərarı Avropa rəsmiləri tərəfindən "düşməncəsinə və təhqiredici" adlandırılıb. Onlar xəbərdarlıq ediblər ki, ticarət qarşıdurması davam edərsə, ABŞ iqtisadiyyatı daha çox zərər çəkəcək.
Aİ də cavab tədbirləri hazırlayır, lakin Vaşinqtonu danışıqlar masasına oturmağa çağırır.
BMW şirkəti isə münaqişənin mərkəzində qalıb. Keçən ilin nəticələrinə görə, avtomobil nəhənginin mənfəəti artıq 37% azalıb.
Milli.Az