Jurnalist Nurlan Librenin həbs müddəti uzadılıb

15 Mart 2025 14:08

Jurnalist Nurlan Librenin (Qəhrəmanlı) həbs müddəti uzadılıb.

Trend-in xəbərinə görə, həbs müddəti uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.

Təqdimata bu gün Xətai rayon Məhkəməsində baxılıb və təmin edilib.

Qərara əsasən, jurnalist barəsində həbs-qətimkan 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Nurlan Libre "Meydan TV" ilə əlaqəli cinayət işinə görə həbs edilib və qaçaqmalçılıqda ittiham olunur.

Milli.Az