Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

15 Mart 2025 11:16

Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Nasir Əbdülkərim Əbdürrəhman "Dostluq" ordeni ilə təltif edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Milli.Az