36 yaşlı ulduz basketbolçu NBA tarixində ilkə imza atıb

15 Mart 2025 17:33

"Qolden State Varriors"un 36 yaşlı ulduzu və Milli Basketbol Assosiasiyasının (MBA) dördqat çempionu Stiven Körri tarixi nailiyyətə imza atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Sakramento Kinqs" ilə oyunda reallaşdırdığı üçxallıq atış onun karyerasında 4000-ci olub.

MBA tarixində heç bir basketbolçu dəqiq üçlüklərin sayında hələ bu həddə çatmayıb.

Üçxallıq atışların sayına görə ikinci yerdə "Los-Anceles Klippers"də çıxış edən ABŞ-li basketbolçu Ceyms Harden qərarlaşıb. Onun aktivində 3127 belə dəqiq atış var.

Milli.Az