Quterreş Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının başa çatmasını alqışlayır

14 Mart 2025 22:29

BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanın sülh sazişi layihəsi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır.

Milli.Az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"O, tərəflərin münasibətlərin normallaşması istiqamətində əldə etdiyi irəliləyişdən ruhlanır və regionda uzunmüddətli sülhün bərqərar olması naminə bütün həll edilməmiş məsələlərin həlli istiqamətində səylərini qətiyyətlə dəstəkləyir", - deyə o bildirib.

Milli.Az