UEFA Niderland – Xorvatiya, Çexiya – Niderland oyunlarına azərbaycanlını göndərir

14 Mart 2025 20:43

Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Milli.Az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçiriləcək oyunları idarə edəcək.

Ədalət qoruyucusu martın 19-da Niderland - Xorvatiya, 25-də Çexiya - Niderland matçlarının baş hakimi olacaq. FIFA referisi martın 22-də Çexiya - Xorvatiya qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları Çexiyada təşkil olunacaq.

Milli.Az