Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır

14 Mart 2025 17:51

Hesablama Palatası tərəfindən Dövlət Turizm Agentliyində yoxlama aparılır.

Bu barədə məlumatı Milli.Az-a Hesablama Palatasından təsdiq ediblər.

Qeyd edilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və "Hesablama Palatası haqqında" Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Milli.Az